Benzema Avropaya qayıda bilər – ESPN


“Əl-İttihad”ın fransalı hücumçusu Kərim Benzema təklif olunan müqaviləni qəbul etmədiyi üçün Səudiyyə Ərəbistanı klubundan ayrıla bilər.
Yeniavaz.com
xəbər verir ki, ESPN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, 38 yaşlı futbolçunun əsas ünvanı Avropadır, ancaq futbolçu bununla yanaşı, MLS komandasına keçmək variantını da nəzərdən keçirir.
Qeyd edək ki, bundan əvvəl fransız hücumçu ona təklif olunan müqavilə ilə əlaqədar “Əl-İttihad”la müqaviləni uzatmaqdan imtina etmişdi. O, həmçinin, eynı səbəblə əlaqədar “Əl-Fateh”lə oyunda da (2:2) iştirak etməmişdi.
Xatırlafdaq ki, Benzema 2023-cü ilin yayından bəri Səudiyyə Ərəbistanı klubunda oynayır. Bu mövsüm o, bütün yarışlarda 21 oyunda meydana çıxıb və 16 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
“Transfermarkt” portalındakı məlumata görə, onun transfer qiyməti 6 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top