“ABŞ İrana Venesueladan daha çox qüvvə göndərir” − Tramp


ABŞ İrana Venesueladan daha çox qüvvələr yerləşdirib və Tehranla razılaşmaya ümid edir.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə bir neçə yeni sərəncam imzalayarkən jurnalistlərə bildirib.
“Bizim böyük bir donanmamız, armadamız var - istədiyiniz kimi adlandırın - hazırda İrana gedir. Bu, Venesueladakından daha böyükdür. İndi İrana daha çox gəmi göndəririk və ümid edirəm ki, razılaşmaya nail ola bilərik. Əgər razılaşmaya nail olsaq, bu, yaxşı olar. Əgər razılaşmaya nail olmasaq, nə olacağını görəcəyik”, - Tramp deyib.

DİGƏR XƏBƏRLƏR

Top