
Türkiyənin məşhur müğənnisi Fatih Ürek 59 yaşında dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun meneceri məlumat yayıb.
“Qəfil infarkt keçirdikdən sonra uzun müddət reanimasiyada müalicə alan sənətçimiz bütün həkimlərin müdaxilələrinə baxmayaraq həyatda qala bilmədi”, - açıqlamada deyilir.
Qeyd edək ki, sənətçi 3 aprel 1966-cı ildə Ərzurumda anadan olub. Gənc yaşlarından səhnədə olan Ürek illər ərzində həm televiziyada, həm də müğənni kimi özünə ad qazanıb. Uzun illər televiziya dünyasında olan Ürek müxtəlif əyləncə proqramlarına aparıcılıq edib və əyləncə sənayesindəki enerjili davranışı ilə diqqət çəkib. Fatih Ürek musiqi karyerasına 1990-cı illərdə başlayıb və tez bir zamanda böyük uğurlar qazanıb. Sənətçinin ən məşhur mahnıları arasında “Sus”, “Hadi Hadi”, “Hayde” və “Afra Tafra” var.
O, ötən ilin oktyabrın 15-də infarkt keçirib.
Tətbiqimizi yükləyə bilərsiniz