
Azərbaycanlı döyüşçüsü Tofiq Musayev növbəti görüşünü aprel ayının 4-də ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçiriləcək “UFC Fight Night 272” turnirində keçirəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə nüfuzlu insayder Leo Gimaraynş sosial şəbəkə hesabında məlumat verib.
Bildirilib ki, 36 yaşlı Musayev braziliyalı debütant Samuel Sançezlə qarşılaşacaq.
Döyüşçünün peşəkar rekordu 22 qələbə, altı məğlubiyyət, 23 yaşlı Samuelin isə 11 qələbə və bir məğlubiyyətdir.
Tətbiqimizi yükləyə bilərsiniz