“Oyunu faciə kimi yox, dəyərli bir təcrübə kimi qəbul edirik” − Gözəl


“Qarabağ” klubu “Liverpul”la oyunu faciə kimi yox, yolunun üzərində dəyərli bir təcrübə kimi qəbul edir.
Yeniavaz.com
xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunda "Liverpul"a qarşı oyunundan danışıb:
“Komandamız Azərbaycan futbolunda daha bir ilki gerçəkləşdirdi. Bu uğur Liqa mərhələsinin “Liverpul”la “Enfild Roud”dakı ağır qarşılaşmadan sonra rəsmiləşdi. “Qarabağ”ın son turun nəticələrindən sonra ilk “24-lük”də yer alması Azərbaycan futbolu üçün tarixi nəticədir. Bu, təsadüf deyil, uzun illərin zəhmətinin, səbrin və sistemli işin nəticəsidir. “Liverpul”la oyun ağır keçdi. Bu, hamımız üçün aydındır və tamamilə normaldır. Futbolun səviyyəsi artdıqca çətinliklər də artır. Dünyanın ən güclü komandaları belə bəzən istədiyi nəticəni əldə edə bilmir. Ona görə də bu oyunu faciə kimi yox, yolumuzun üzərində dəyərli bir təcrübə kimi qəbul edirik”.

DİGƏR XƏBƏRLƏR

Top