ABŞ yeni atom təyyarədaşıyan gəmisinin sınaqlarına başladı


Amerikanın ən yeni atom enerjisi ilə işləyən təyyarədaşıyan gəmisi “USS John F. Kennedy” dəniz sınaqları üçün Virciniya ştatındakı “Newport News Shipbuilding” gəmiqayırma zavodunu tərk edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə gəminin istehsalçısı “Huntington Ingalls Industries” (HII) şirkəti məlumat yayıb.
Məlumata görə, manevrlər zamanı mühüm gəmi sistemləri və komponentləri ilk dəfə dənizdə sınaqdan keçiriləcək.
Təyyarədaşıyan gəminin gələn ilin mart ayında ABŞ Hərbi Dəniz Qüvvələrində xidmətə başlaması planlaşdırılır.
Təyyarədaşıyan gəminin dəyəri təxminən 13,2 milyard dollar qiymətləndirilir.
HII-nin məlumatına görə, “USS John F. Kennedy” 90-a qədər təyyarə və helikopter daşıya biləcək.
Qeyd edək ki, ötən ilin dekabr ayında ABŞ Prezidenti Donald Tramp “qızıl donanma” və Tramp sinifli döyüş gəmilərinin inşası üzrə genişmiqyaslı proqramın başlandığını elan edib. Yeni gəmilər ABŞ Hərbi Dəniz Qüvvələri tarixində ən böyük olacaq və hipersəs və lazer silahları ilə təchiz olunacaq. “Bloomberg”in hesablamalarına görə, ilk Tramp sinifli döyüş gəmisinin inşası ABŞ-yə 22 milyard dollara başa gələ bilər.

DİGƏR XƏBƏRLƏR

Top