
Amerikanın “OpenAI” şirkəti fevralın 13-də “ChatGPT” çatbotundakı dörd köhnə modeli istismardan çıxaracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görəş bu çərçivədə “GPT-4o”, “GPT-4.1”, “GPT-4.1 mini” və “OpenAI o4-mini” modelləri istismardan çıxarılacaq.
Şirkət bunun istifadəçilərin əksəriyyətinin artıq neyron şəbəkəsinin yeni versiyasına keçməsi ilə bağlı olduğunu bildirib.
Şirkət qeyd edib ki, “GPT-4o” modelindən hazırda istifadəçilərin yalnız 0,1%-i istifadə edir.
Ötən ilin noyabr ayında “GPT-5.1”in buraxılması ilə şirkət “GPT-5” modelinə dəstəyin dayandırıldığını da elan edib.
Şirkət ən son modeli olan “GPT-5.2”ni 2025-ci ilin dekabr ayında təqdim edib. Tərtibatçıların sözlərinə görə, o, cədvəllər və təqdimatlar yaratmaqda, kod yazmaqda və şəkilləri tanımaqda daha yaxşı nəticələr göstərir.
Qeyd edək ki, “OpenAI” “ChatGPT” xidmətini 2022-ci ildə təqdim edib.
Tətbiqimizi yükləyə bilərsiniz