
UEFA Çempionlar Liqasının pley-off mərhələsində təmsilçimiz “Qarabağ”ın rəqibi bəlli olub.
Yeniavaz.com xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatmanın nəticələrinə əsasən, Ağdam təmsilçisi pley-offda İngiltərənin “Nyukasl Yunayted” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, “Qarabağ” ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Pley-off mərhələsinin görüşləri fevralın 17-18-i və 24-25-də baş tutacaq.
Təmsilçimiz bu mərhələni keçsə, 1/8 finalda “Barselona” (İspaniya) və “Çelsi”yə (İngiltərə) klublarından biri ilə qarşılaşacaq.
Tətbiqimizi yükləyə bilərsiniz