Ötən ay Şuşada hansı ölkələrdən gələn turistlər gecələyib?


Ötən ilin dekabr ayı ərzində Azərbaycana səfər edən əcnəbi turistlər Qarabağ iqtisadi rayonunda 6 196 gecə keçiriblər.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əcnəbi turistlər ötən ilin dekabr ayında Şərqi Zəngəzur iqtisadi rayonunda gecələməyiblər.
Müqayisə üçün bildirək ki, əvvəlki ilin eyni dövründə əcnəbi turistlər Qarabağ iqtisadi rayonunda 8 213 gecə keçiriblər, Şərqi Zəngəzur iqtisadi rayonunda isə heç bir gecələmə qeydə alınmayıb.
Qeyd edək ki, dekabr ayında Qarabağ iqtisadi rayonuna səfər edən əcnəbi turistlər otellərdə cəmi 294 gecə keçiriblər.
Gecələmələrin 241-i Şuşa şəhərindəki otellərin payına düşüb. Xankəndi, Ağdərə, Xocalı və Xocavənd rayonlarında gecələmə olmayıb.
Ən çox turist Ağdamda gecələyib – 3 095 gecə. Bunun 1 071-i qohumların və dostların, 2 024-ü isə özlərinin və ya ailə üzvlərinin evlərində keçirilib.
Məlumat üçün onu da qeyd edək ki, bu ilin iyun ayında Şuşada ən çox gecələyənlər Özbəkistan vətəndaşları olub. Özbəkistandan gələn turistlər Şuşadakı otellərdə, ümumilikdə, 110 gecə qalıblar.
Dekabr ayında Şuşadakı otellərdə qalan əcnəbi turistlərin ölkələr üzrə gecələmə sayı belə olub:
Özbəkistan – 110 gecə;
Türkiyə – 22 gecə;
Almaniya – 15 gecə;
İtaliya – 8 gecə;
Böyük Britaniya – 6 gecə;
Gürcüstan – 3 gecə;
Qazaxıstan – 2 gecə;
Qırğızıstan – 1 gecə;
Digər ölkələr – 74 gecə.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top