Avropa İttifaqı SEPAH-ı terror təşkilatları siyahısına daxil etdi


Avropa İttifaqı (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.
Yeniavaz.com
xəbər verir ki, bunu Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas sosial şəbəkə hesabında yazıb.
“Repressiyalar cavabsız qala bilməz. Aİ xarici işlər nazirləri İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımaqla qətiyyətli addım atıblar”, - o yazıb.
Qeyd edək ki, daha öncə Aİ İranda 15 məmura və altı təşkilata sanksiyalar tətbiq edib.

DİGƏR XƏBƏRLƏR

Top