
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bəzi əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezzidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Soltan oğlu Bağırova “gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi, Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Elxan oğlu Məmmədov, Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi Fuad Mikayıl oğlu Aslanov və Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Bahadur oğlu Ramazanova isə “gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi verilib.
Tətbiqimizi yükləyə bilərsiniz