
Məlum olduğu kimi, təmsilçimiz “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Yeniavaz.com xəbər verir ki, “Köhlən atlar”ın bu mərhələdəki rəqibi Çempionlar Liqasının sonuncu qalibi PSJ və ya İngiltərənin “Nyukasl Yunayted” klublarından biri olacaq.
Püşkatma sabah – yanvarın 30-da, Bakı vaxtı ilə saat 15:00-da baş tutacaq.
Qeyd edək ki, pley-off mərhələsindin ilk oyunları 17-18 fevral, cavab oyunları isə 24-25 fevral tarixlərində keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz