Pərakəndə satışda satış gözləntiləri kəskin şəkildə aşağı düşüb


Ötən ilin dekabr ayında Azərbaycanın pərakəndə ticarət sektorunda işgüzar fəallıq indeksi açıqlanıb.
Yeniavaz.com
Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, dekabr ayında pərakəndə ticarət sektorunda inam indeksi 7,1 olub.
Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalıb. Belə ki, 2024-cü ilin dekabr ayında pərakəndə ticarət inam indeksi 19,7 olub.
Qeyd edək ki, açıqlanan məlumatda son 3 ayda pərakəndə ticarətdə faktiki satışlar üzrə işgüzar fəallıq indeksinin 47,5 (2024-cü ilin dekabr ayında 48,6), mal ehtiyatlarının dəyişməsinin isə mənfi 10,1 (2024-cü ilin dekabr ayında 5,1) olduğu göstərilib. Eyni zamanda növbəti 3 ayda satışlar üzrə gözləntilərin mənfi 36,2 (2024-cü ilin dekabr ayında 16,1), qiymət gözləntilərinin isə 2,1 (2024-cü ilin dekabr ayında mənfi 3,9) olduğu qeyd olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top