
“Samsung” rekord sayda - 1 milyon ədəd qatlanan “Galaxy Wide Fold” smartfonunu satışa çıxarmağı planlaşdırır.
Yeniavaz.com “ETNews” portalına istinadla xəbər verir ki, bu barədə insayder “ICe Universe” “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Məlumata görə, ilk partiya “Samsung” modelləri üçün son üç ildə ən böyük partiya olacaq.
“Galaxy Wide Fold” daha çox “kitab” formasında buraxılacaq.
Telefon açıldıqda cihaz 4:3 nisbətinə malik 7,6 düymlük OLED ekrana malik olacaq. Xarici ekran isə 5,4 düym ölçüdə təqdim ediləcək.
Smartfon soldan sağa qatlanacaq.
Mütəxəssislər, “Wide Fold”un ortaya çıxmasını oxşar formaya malik “iPhone Fold”la rəqabətlə əlaqələndirirlər.
“Samsung” ümid edir ki, 1 milyon cihazdan ibarət ilkin partiyanın buraxılması tələbatı ölçməyə və zərurət yarandıqda istehsalı artırmağa imkan verəcək. Uzunmüddətli perspektivdə şirkət qatlana bilən smartfonların illik tədarükünün 5 milyon ədədə qədər artacağını proqnozlaşdırır.
Tətbiqimizi yükləyə bilərsiniz