
“Avropada 21 yaşına çatmış insanların boyu 179 sm, bizdə isə bu rəqəm 162 sm-dir. Bunun genetik izahı da ola bilər. Fakt budur ki, bizdə əvvəlki illərlə müqayisədə geriləmə var”.
Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Hikmət Məmmədov bildirib.
Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, son 10 il ərzində Azərbaycanda 15–19 yaşlı kişilərin orta boyu 0,3 sm, qadınların orta boyu isə 0,1 sm artıb. Belə ki, 10 il əvvəl – 2015-ci ildə 15–19 yaşlı kişilərin orta boyu 161,6 sm olduğu halda, 2024-cü ildə 161,9 sm-ə çatıb. 15–19 yaşlı qadınların orta boyu isə 2015-ci ildə 158,8 sm olduğu halda, 2024-cü ildə də 158,7 sm olub.
Ümumilikdə isə 15 yaşından yuxarı əhali arasında kişilərin orta boyu son 10 ildə 0,3 sm artaraq 171,5 sm-yə, qadınların orta boyu isə 0,1 sm azalaraq 163,7 sm-yə enib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz