
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) və polisin birgə əməliyyatı nəticəsində İran kəşfiyyatı üçün işləyən casus dəstəsi ifşa edilib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, əməliyyat İstanbulun mərkəzində yerləşən beş rayonda həyata keçirilib.
Əməliyyat nəitcəsində altı şübhəli həbs edilib.
Saxlanılanlar müdafiə sənayesi şirkətlərinin sahibləri Erhan Ergelen və Taner Özcan, tekstil sahəsində fəaliyyət göstərən iş adamları Cemal Beyaz və Remzi Beyaz, Alican Koç və İran əsilli Aşkan Cəlalidir.
Altı şübhəlinin hamısı İstanbul Növbətçi Cinayət Məhkəməsi tərəfindən “siyasi və ya hərbi casusluq məqsədləri ilə dövlət sirri əldə etmək” ittihamı ilə həbs edilib.
Məlumata görə, istintaq zamanı casusluq şəbəkəsinin rəhbərləri kimi "Hacı" kod adı ilə tanınan İran kəşfiyyat zabitləri Nəcəf Rüstəmi və "Doktor" ləqəbi ilə tanınan Mehdi Yekeh Dehqan müəyyən edilib.
Tətbiqimizi yükləyə bilərsiniz