“Azərbaycanla sülh Ermənistanın təhlükəsizliyinə təminatdır” – Paşinyan


Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olduğunu və bu sülhün Ermənistanın təhlükəsizliyinin ən etibarlı təminatı olduğunu bildirib.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o bu barədə Ordu Günü münasibətilə xalqa müraciətində danışıb.
Paşinyan, həmçinin Ermənistanın müharibəyə hazırlaşmadığına əminliyini ifadə edib.
Ermənistanın Baş naziri ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinə də toxunub.
O, KTMT-dəki üzvlüyünün faktiki olaraq dondurulmasının Ermənistan üçün yeni imkanlar açdığını da bildirib.
Paşinyanın sözlərinə görə, beynəlxalq tərəfdaşlar Ermənistana silah satmaqdan imtina edirdilər, çünki onlar bu silahların ölkə hüdudlarından kənarda yerləşdirilməyəcəyinə, həmçinin, silahların KTMT-nin əlinə keçməyəcəyinə əmin deyildilər.
Paşinyanın bildirdiyinə görə, bu vəziyyət artıq aradan qaldırılıb.
Hökümət başçısı həmçinin, bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin beynəlxalq müqavilələrə uyğun olaraq sülhməramlı missiyalarda iştirak etməkdən başqa, ölkə xaricində heç bir vəzifəsi yoxdur və olmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top