İrandan Azərbaycana gətirilən bu məhsullar məhv edildi – Fotolar


İrandan Azərbaycana gətirilən qənnadı məmulatlarında uyğunsuzluq aşkarlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Chinar Lunch Catering Service” MMC-nin İrandan gətirdiyi “Maryam Naderi Zarneh” şirkətinin istehsalı olan 1680 kq nuqa qənnadı məhsulundan nümunələr götürülüb.
“Laborator sınaq nəticəsində kif və maya göbələkləri göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib”, - məlumatda deyilir.


DİGƏR XƏBƏRLƏR

Top