“Ermənistan və Azərbaycan razılığa gəldilər” − Papoyan


“Ermənistan və Azərbaycan mayeləşdirilmiş təbii qaz və bitum ixracı, o cümlədən Azərbaycan dəmir yolu vasitəsilə ixrac etmək barədə razılığa gəliblər”.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan məlumat yayıb.
Bildirilib ki, Nazirlik yanvarın 19-u nəşrə bildirib ki, Ermənistan yaxın gələcəkdə Rusiya mayeləşdirilmiş təbii qazını Azərbaycan ərazisindən dəmir yolu ilə idxal etmək niyyətindədir.
“İki ölkə mayeləşdirilmiş təbii qaz və bitumun Azərbaycan ərazisindən dəmir yolu ilə daşınması ilə bağlı razılığa gəlib. Sahibkarlarımız artıq bu fürsətdən yararlana bilərlər”, - nazir yazıb.

DİGƏR XƏBƏRLƏR

Top