
“Avropa ölkələri Avropa Komissiyasının Ukraynanı maliyyələşdirmək üçün onlardan almaq istədiyi pulu heç vaxt geri ala bilməyəcəklər”.
Yeniavaz.com xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban sosial şəbəkə hesabında yazıb.
Orban bildirib ki, Kiyev avropalılara olan borcunu qaytarmayacaq:
“Brüssel Ukraynanı maliyyələşdirmək üçün bütün Avropanı borca batıracaq”.
O, qeyd edib ki, Aİ liderləri İttifaqa üzv dövlətlərindən ortaq kredit vasitəsilə Kiyevə milyardlarla dollarlıq yardım göstərmək niyyətindədirlər:
“Bu plan təkcə Brüssel rəhbərliyi tərəfindən deyil, həm də Macarıstanın müxalifət partiyası “Tisa” tərəfindən dəstəklənir. Onlar deyirlər ki, bu, geri qaytarılacaq kreditdir. Mən deyirəm: “Necə ki, ukraynalılar bu krediti ödəyəcək, qoy “Tisa” da elə seçkilərdə qalib gəlsin”.
Tətbiqimizi yükləyə bilərsiniz