
Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edildiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Modern.az məlumat yayıb.
Bildirilir ki, bununla bağlı Prezident müvafiq sərəncamlar imzalayıb.
“Sərəncamlara əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçiliyin təçkili və monitorinq şöbəsinin müdiri Seymur Səfərli nazirin müavini vəzifəsinə irəli çəkiliblər”, - sayt yazır.
Xatırladaq ki, Prezident İlham Əliyev dünən “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib. Dövlət başçısının imzaladığı Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz