
Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə keçiriləcək növbəti danışıqlar fevralın 1-də baş tuta bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında dərc edilən videomüraciətində bildirib.
Buna baxmayaraq, o, bu görüşün vaxtını sürətləndirmək təşəbbüsünü də istisna etməyib.
Zelenski Əbu-Dabidən qayıdan Ukrayna nümayəndə heyətinin hesabatını dinləyib. Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər müxtəlif hərbi məsələləri müzakirə etməyə nail olublar.
O, növbəti görüş üçün hazırlanmalı olan məsələlər olduğunu əlavə edib.
Qeyd edək ki, yanvarın 23-də Əbu-Dabidə üçtərəfli təhlükəsizlik məsləhətləşmələrinin ilk günü baş tutub. İkinci görüş isə yanvarın 24-də keçirilib. Rusiya danışıqlar qrupuna Silahlı Qüvvələrin Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov, Ukrayna danışıqlar qrupuna isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edib.
Xatırladaq ki, yanvarın 24-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff da bu həftə üçtərəfli danışıqların yeni mərhələsi üçün planların olduğunu təsdiq edib.
Tətbiqimizi yükləyə bilərsiniz