Paytaxtda narkotiklərin satışını həyata keçirən 6 nəfər saxlanılıb


Narkotiklərin paytaxt ərazisində satışını həyata keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əliş Əliyev, Daşqın Rzayev, Miryusif Abbasov, Yusif Rəhimov, Mahmud Nəzərov və Ülviyyə Aslanova tutulublar.
Yeniavaz.com
xəbər verir ki, onlar Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı saxlanılıblar.
“Onlardan 21 kq marixuana, heroin, metamfetamin və 246 ədəd psixotrop tərkibli həb aşkarlanıb.
Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisində narkotiklərin əlbəəl satışı və qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib. Faktlarla bağlı cinayət işləri başlanılıb və onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - DİN-in yaydığı məlumatda bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top