Azərbaycanda otel otaqlarının 75 faizindən çoxu boş qalıb


Ötən il mehmanxana (otel) və mehmanxana tipli obyektlərdə keçirilən gecələmələrin sayı 2024-cü illə müqayisədə 6,7% artaraq 4 milyon 569,5 min olub.
Yeniavaz.com
xəbər verir ki, gecələmələrin ümumi sayının 58,9%-i Bakıda, 5,6%-i Qusarda, 5,1%-i Naftalanda, 5%-i Xaçmazda, 3,7%-i Qəbələdə, 3,2%-i Qubada, 3%-i Lənkəranda, 2,2%-i Şabranda, 1,5%-i Şamaxıda, 1,2%-i Gəncədə, 1,1%-i Şuşada, 1,1%-i Masallıda, 1,1%-i Qaxda, 0,9%-i Naxçıvan Muxtar Respublikasında, 6,4%-i isə digər şəhər və rayonlardakı otellərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü illə müqayisədə 11,3% artaraq 2 milyon 614,3 min olub və bu da ümumi gecələmələrin 57,2%-ini təşkil edib. Gecələmələrin ümumi sayının 13,6%-i Hindistan, 10,1%-i Rusiya, 9,3%-i Türkiyə, 8,3%-i Səudiyyə Ərəbistanı, 5,6%-i İsrail, 5,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 3,9%-i Pakistan, 3,4%-i Çin, 3,3%-i Özbəkistan, 3,2%-i ABŞ, 2,8%-i Qazaxıstan, 2,4%-i Küveyt, 2,2%-i Böyük Britaniya, 1,3%-i Almaniya, 1%-i İtaliya, 24,5%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,1%-i Bakıda, 6,1%-i Qusarda, 4,4%-i Naftalanda, 3,2%-i Qəbələdə, 2,4%-i Qubada, 0,7%-i Şamaxıda, 2,1%-i isə digər şəhər və rayonlardakı otellərdə qeydə alınıb.
2025-ci ildə otellərin gəlirləri 2024-cü illə müqayisədə 5,9% azalaraq 653 milyon manat olub ki, onun da 61,8%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,2%-i ictimai iaşə xidmətlərindən, 2,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,1%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2025-ci ildə otellərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 24,4% olub. Bu göstərici Naftalanda 48,5%, Şabranda 41,7%, Bakıda 36,9%, Qusarda 31,7%, Sabirabadda 27,7%, Lənkəranda 23,3%, Qəbələdə 21,5%, Şamaxıda 20,5%, Bərdədə 19,5%, Qubada 16,6%, Beyləqanda 15,7%, Ağdamda 15,6%, Qaxda 15,5%, Masallıda 15,3%, digər şəhər və rayonlarda isə 15,3%-dən aşağı olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top