
“Taliban məhkəmələrinin Cinayət Məcəlləsi”ndə bir neçə maddədə dəfələrlə “kölə” terminindən istifadə edilib.
Yeniavaz.com xəbər verir ki, insan hüquqları təşkilatı “Rawadari” Talibanın bununla da köləliyi legitimləşdirdiyini bəyan edib.
“Bu məcəllə ciddi narahatlıq doğurur, beynəlxalq insan hüquqları standartlarını və ədalətli məhkəmə araşdırmasının fundamental prinsiplərini açıq şəkildə pozur”, - məlumatda deyilir.
Təşkilat həmçinin vurğulayıb ki, Taliban Əfqanıstan müsəlmanlarını “sünni və camaat” və “yenilikçilər” kateqoriyalarına bölüb:
“Bu ayrı-seçkilik xarakterli təsnifat təkcə bərabərsizliyə səbəb olmur, eyni zamanda dini azlıqlara qarşı genişmiqyaslı repressiyalara və özbaşına cəzalandırmaya yol açır”.
“Rawadari”nin bəyanatında qeyd olunub ki, ali lider Hibatullah Axundazadə tərəfindən imzalandıqdan sonra “Taliban məhkəmələrinin Cinayət Məcəlləsi” icra olunmaq üçün əyalət səviyyəli məhkəmə qurumlarına göndərilib. Məcəllə üç fəsil, on bölmə və 119 maddədən ibarətdir.
Tətbiqimizi yükləyə bilərsiniz