
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bankın aktivləri 57 milyard 86,2 milyon manat olub.
Yeniavaz.com xəbər verir ki, aktivləri 10 milyard manatdan çox olan 2 bank var.
Bu banklar dövlət bankı olan “Azərbaycan Beynəlxalq Bankı” (ABB) və “Kapital Bank”dır.
ABB-nin aktivləri 13 milyard 626,9 milyon, “Kapital Bank”ın aktivləri isə 11 milyard 320,9 milyon manat təşkil edib.
Bundan başqa 10 bankın aktivləri 1 milyard manatdan çox, 10 bankın aktivləri isə 1 milyard manatdan az olub.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bankların ümumi aktivlərinin yarıdan çoxu – 34,4 milyard manatı 3 bankın – ABB, “Kapital Bank” və “Paşa Bank”ın payına düşüb.
Cədvəldə bankların aktivləri qeyd olunub:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz