
Almaniyanın “Bavariya” futbol klubu ingilis hücumçu Harri Keynlə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Jurnalistin sözlərinə görə, oyunçu Münxen klubundan ayrılmaq fikrində deyil. Hücumçunun “Bavariya” ilə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
Qeyd edək ki, 32 yaşlı Keyn 2023-cü ildən bəri “Bavariya”da oynayır. O, klubun heyətində 126 oyunda 119 qol vuraraq, ardıcıl iki mövsüm Bundesliqanın ən çox qol vuran oyunçusu olub.
Keyn “Bavariya” ilə həm Bundesliqanı, həm də Almaniya Super Kubokunu qazanıb. İngilis futbolçu karyerasındakı ilk kuboku da burada qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz