ABŞ bu həftə İranın yüksək vəzifəli məmurlarına zərbə endirə bilər – KİV


ABŞ Vaşinqtonun İranda etiraz aksiyaları zamanı nümayişçilərin ölümünə görə məsul hesab etdiyi İranın yüksəkvəzifəli rəsmiləri və komandirlərinə qarşı hədəfli zərbələr endirməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, zərbələr artıq bu həftə həyata keçirilə bilər. Lakin sözügedən mənbə vaxt çərçivəsinin dəyişə biləcəyini də qeyd edib.
ABŞ kəşfiyyatının adı açıqlanmayan keçmiş əməkdaşı “Middle East Eye” nəşrinə bildirib ki, ABŞ prezident administrasiyası daxilində aparılan müzakirələrə əsasən belə nəticəyə gəlmək olar ki, Donald Tramp Tehranda “rejim dəyişikliyi” arzusundan imtina etməyib.
Xatırladaq ki, daha əvvəl “Axios” nəşrinə verdiyi müsahibədə Tramp Tehranın ABŞ ilə mübahisələrin diplomatik yolla həllində maraqlı olduğunu deyib. Bununla yanaşı, ABŞ lideri İranın yaxınlığında əhəmiyyətli qüvvələr topladığını vurğulayıb.
“İranın yaxınlığında böyük bir donanmamız var. O, Venesuelanın yaxınlığındakından daha böyükdür”, — deyə Tramp bildirib.
Eyni zamanda “Axios” mənbələrə istinadən xəbər verib ki, Tramp hələlik İrana zərbə endirilməsi ilə bağlı yekun qərar qəbul etməyib. Nəşrin məlumatına görə, ABŞ prezidenti bu həftə müvafiq məsləhətləşmələr aparmağı planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top