
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanı ötən il əldə edilən ticarət razılaşmasına “layiq olmamaqda” günahlandırıb və bu ölkədən idxala 25% gömrük rüsumu tətbiq ediləcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.
ABŞ lideri Cənubi Koreyaya avtomobillər, taxta-şalban, əczaçılıq məhsulları və bütün digər məhsullar üzrə rüsumları 10% artıracağını bildirib.
O qeyd edib ki, Cənubi Koreya qanunvericiləri ötən il əldə olunan razılaşmanı təsdiqləməkdə ləngiyiblər.
Cənubi Koreya tərəfi isə tariflərin artırılması qərarı ilə bağlı rəsmi bildiriş almadıqlarını və bu məsələ ilə bağlı Vaşinqtonla təcili danışıqlar aparmaq istədiklərini bildiriblər.
Tətbiqimizi yükləyə bilərsiniz