
Türkiyənin Şanlıurfa şəhərində dilənçilik etmək, həmçinin, insanları narahat etməklə pul istəmək, avtomobil şüşələrini təmizləmək, dəsmal, gül və oxşar məhsulların satışı qadağan edilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Şanlıurfa Valiliyi qərar qəbul edib.
Bundan əlavə, ictimai nəqliyyat vasitələrində, qəbiristanlıqlarda, toy salonlarında, əyləncə məkanlarında və səkilərdə vətəndaşları narahat edən bu cür fəaliyyətlərin yol hərəkəti təhlükəsizliyinə təhlükə yaratdığına görə qarşısı alınacağı bildirilib.
Ümumi sərəncamda həmçinin bildirilib ki, uşaqları, hətta valideynləri və ya qəyyumları ilə birlikdə olsalar belə, zibil və küçələrdən təkrar emal edilə bilən materialların toplanmasına cəlb etmək və onları bu cür fəaliyyətlərə cəlb etmək qadağan olunur.
Bundan əlavə, müəssisələrin qarşısında piyada keçidinə mane olan davamlı, səs-küylü və ya fiziki təmasda olan müştəri cəlb etmə üsullarının, eləcə də müəssisələrin ərazisindən kənarda keçirilən təşviqat və qonaqpərvərlik fəaliyyətlərinin də qərara daxil olduğu bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz