
Ötən ilin ilk 11 ayında Azərbaycana Türkiyədən 2,01 ton keçibuynuzu ağacının meyvələri idxal olunub.
Yeniavaz.com xəbər verir ki, bu dövrdə idxal olunan keçibuynuzu ağacının meyvələrinin ümumi gömrük dəyəri 6 min 150 dollar təşkil edib.
Qeyd edək ki, idxal edilən keçibuynuzu ağacının meyvələrinin 1 kiloqramının orta gömrük dəyəri 3,1 dollar və ya 5,2 manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə keçibuynuzu ağacının meyvələrinin idxalı 2 dəfəyə yaxın artıb.
Onu da bildirək ki, keçibuynuzu ağacının meyvələrinin 1 kiloqramı Azərbaycandakı onlayn satış portallarında 30 manata təklif olunur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz