Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir


Dövlət Turizm Agentliyi xarici jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin Azərbaycana tanışlıq səfərlərini təşkil edəcək.
Yeniavaz.com 
xəbər verir ki, Agentlik bu məqsədlə 4 tender müsabiqəsi elan edib.
Dövlət Turizm Agentliyi Türkiyədən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin və ölkəmizdə işgüzar tədbirlərin təşkili xidmətlərinin satın alınması üçün 753 min 623 manat 43 qəpik, Rusiya və Belarusdan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin və ölkəmizdə işgüzar tədbirlərin təşkili xidmətlərinin satın alınması üçün 728 min 304 manat 20 qəpik, Çin və Hindistandan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması üçün 1 milyon 444 min 897 manat 34 qəpik, Avstriya, İsveçrə və Almaniyadan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması üçün isə 363 min 92 manat 26 qəpik vəsait ayırıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top