
Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən qarşılaşmada “Turan Tovuz” səfərdə “Sumqayıt” üzərində qələbə qazanaraq aktivinə vacib üç xal yazdırıb.
Yeniavaz.com xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan oyun gərgin və maraqlı mübarizə şəraitində keçib. Görüş tovuzluların 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Matçın 13-cü dəqiqəsində Hayderson Hurtado “Turan Tovuz”u hesabda irəli çıxarıb. Lakin qarşılaşmanın 61-ci dəqiqəsində həmin futbolçu topu öz qapısına göndərərək “Sumqayıt”ın bərabərlik qoluna imza atıb. Oyunun taleyini isə 69-cu dəqiqədə fərqlənən Rəhim Sadıxov həll edib və komandasına qələbə qazandırıb.
Bu nəticə sayəsində “Turan Tovuz” xallarının sayını 30-a yüksəldərək turnir cədvəlində üçüncü pilləyə qalxıb. Hazırda Premyer Liqaya 37 xalla “Sabah” liderlik edir. “Qarabağ” isə liderdən bir xal geri qalaraq ikinci mövqedə qərarlaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz