Xaricdən “Aİ-92” markalı benzin 1 manata, “Aİ-95” isə 1,1 manata gətirilir


Ötən ilin ilk 11 ayında xarici ölkələrdən Azərbaycana 83 min ton “Aİ-92” markalı benzin idxal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan benzinin gömrük dəyəri 64 milyon 395,9 min dollar olub.
Qeyd edək ki, ölkəyə gətirilən benzinin 1 litrinin gömrük dəyəri 1 manata bərabər olub.
Məlumat üçün bildirək ki, əvvəlki ilin eyni dövründə ölkəyə idxal olunan “Aİ-92” markalı benzinin 1 litrinin gömrük dəyəri 1 manat 13 qəpik olub.
Onu da bildirək ki, ötən ilin ilk 11 ayında xarici ölkələrdən Azərbaycana 128,4 min ton “Aİ-95” markalı benzin idxal edilib və bu növ benzinin 1 litrinin gömrük dəyəri 1 manat 11 qəpik olub. Əvvəlki ilin eyni dövründə ölkəyə idxal olunan “Aİ-95” markalı benzinin 1 litrinin gömrük dəyəri isə 1 manat 22 qəpik olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, son bir ildə idxal olunan “Aİ-92” markalı benzinin gömrük dəyəri 9,7%, “Aİ-95” markalı benzinin gömrük dəyəri isə 9% aşağı düşüb.
Onu da qeyd edək ki, ötən ilin 30 dekabr tarixində Tarif Şurası “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətini 1 litr üçün 5 qəpik artıraraq 1,15 manata qaldırıb. “Aİ-95” markalı benzinin pərakəndə satış qiyməti isə 1 manat 60 qəpiyə bərabərdir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top