Daşınmaz əmlak kreditlərini ən çox hansı banklar verib? – Tam siyahı


Ötən ilin yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bank arasında ən çox daşınmaz əmlak krediti verən bank dövlət bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) olub.
Yeniavaz.com
 xəbər verir ki, 1 yanvar 2026-cı il tarixinə ABB tərəfindən verilən daşınmaz əmlak kreditlərinin həcmi 1 milyard 550,8 milyon manat olub. ABB-nin daşınmaz əmlak kreditlərinin həcmi bu ilin 4-cü rübü ərzində 1,5% artıb.
İkinci sırada 591 milyon manat ilə “Kapital Bank” ASC yer alıb. “Kapital Bank”ın daşınmaz əmlak kreditləri son 3 ayda 1,1% azalıb.
Ən az daşınmaz əmlak krediti ayıran bank “AccessBank” olub. Bu bankın daşınmaz əmlak kreditlərinin həcmi cəmi 22,2 milyon manat təşkil edib.
Son 3 ayda daşınmaz əmlak kreditlərinin həcmini ən çox artıran bank isə “Ziraat Bank Azərbaycan” olub. Bu bankda daşınmaz əmlak kreditləri 4-cü rüb ərzində 12,8% artıb.
Daşınmaz əmlak kreditləri ən çox azalan bank isə “Premium Bank” olub.
Aşağıdakı cədvəldə bankların daşınmaz əmlak kreditlərinin həcmi və artım dinamikası göstərilib:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top