
Suriya hökuməti ölkənin şimalında yerləşən həbsxanada saxlanılan azı 126 gənc məhbusu azad edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə SANA məlumat yayıb.
Bildirilib ki, bu, razılaşma çərçivəsində həmin müəssisənin kürd qüvvələrindən alınmasından sonra baş verib.
Suriyanın dövlət mediası həbsdəki şəxslərin adlarını da dərc edib ki, bu da insanların onları internet üzərindən axtarmasına imkan verib.
Dövlət televiziyası Rəqqa vilayətində yerləşən “Əl-Aqtan” həbsxanasından 18 yaşadək olan 126 məhbusun azad edildiyini bildirib. Həmin həbsxana əvvəllər İŞİD məhbuslarının saxlanılması üçün istifadə olunub.
Tətbiqimizi yükləyə bilərsiniz