Tikilməkdə olan evlərdən oğurluq edənlər saxlanıldı


Qaradağ rayonu ərazisində yerləşən yarımtikililərin birindən 110 metr naqil və təmir-tikinti alətləri oğurlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən V.Əmirov və A.Bəbirov müəyyən olunaraq saxlanılıblar:
“Onların rayon ərazisində daha iki yarımtikilidən də oğurluq etdikləri müəyyən olunub. Araşdırma aparılır”.

DİGƏR XƏBƏRLƏR

Top