Danışıqların növbəti mərhələsi nə vaxt olacaq?


ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə növbəti danışıqlar raundunun 1 fevralda Əbu-Dabidə başlaması planlaşdırılır.
Yeniavaz.com
xəbər verir ki, “Reuters” bu barədə adı çəkilməyən Amerika rəsmisinə istinadən məlumat yayıb.
“Axios” jurnalisti Barak Ravid də eyni məlumatı yayıb:
“ABŞ rəsmisi bildirib ki, ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar gələn bazar günü Əbu-Dabidə bərpa olunacaq”.
Jurnalist həmçinin Moskva və Kiyevin üçtərəfli danışıqlar aparmaq barədə razılığının irəliləyiş gördüklərini nümayiş etdirdiyinə inanan ABŞ administrasiyasının rəsmisinə istinad edib.
Nəşrin mənbəsi öz növbəsində münaqişədən sonra Ukrayna üçün hazırlanan təhlükəsizlik protokollarının çox möhkəm olduğuna əminlik verib.

DİGƏR XƏBƏRLƏR

Top