
“Qalatasaray” “Barselona”nın 22 yaşlı yarımmüdafiəçisi Mark Kasadoya maraq göstərir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin məlumatına görə, ispaniyalı oyunçu artıq Türkiyə nəhənginə keçidi rədd edib. Kasadonun qış transfer pəncərəsində “Blaugrana”dan ayrılmaq niyyətində olmadığı bildirilir. Onun müqaviləsində 100 milyon avroluq sərbəst qalma bəndi olduğu bildirilir.
Bu mövsüm Kasado bütün turnirlərdə 19 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalındakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur.
Tətbiqimizi yükləyə bilərsiniz