
BƏƏ-nin paytaxtı Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında keçirilən iki günlük danışıqlar başa çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə xarici KİV mənbələrə istinadən məlumat yayıb.
“Axios” müxbiri Barak Ravidlə söhbətində Ukrayna rəsmiləri Əbu-Dabidəki danışıqları “müsbət” və “konstruktiv” adlandırıblar. Jurnalistin mənbələri əlavə edib ki, danışıqların növbəti mərhələsi gələn həftə BƏƏ-də keçiriləcək.
TASS mənbəsi danışıqların nəticə verdiyini bildirib, lakin heç bir təfərrüat verməyib.
Qeyd edək ki, danışıqlar ötən gün, yanvarın 23-ü başlayıb və qapalı qapılar arxasında keçirilib.
Tətbiqimizi yükləyə bilərsiniz