“Trampla danışdım, “Patriot” raketlərini aldım” – Zelenski


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla “Patriot” hava hücumundan müdafiə sistemi üçün raketlərin çatdırılması barədə razılığa gəldiyini elan edib.
Yeniavaz.com
“Ukrinform” portalına istinadla xəbər verir ki, Zelenski bu məsələni Amerika lideri ilə Dünya İqtisadi Forumu çərçivəsində Davosda keçirilən görüşdə müzakirə etdiyini bildirib.
“Mən ABŞ Prezidenti Donald Trampla danışdım və “Patriot” üçün PAC-3 raketlərini aldım”, - Zelenski qeyd edib.
Ancaq Zelenski raketlərin dəqiq sayı barədə məlumat verməyib.

DİGƏR XƏBƏRLƏR

Top