2026-cı il Dünya Çempionatı rekord sayda tamaşaçı cəlb edəcək – FİFA prezidenti


FİFA prezidenti Canni İnfantino 48 komandanın iştirak edəcəyi 2026-cı il Dünya Çempionatı ilə bağlı rekord rəqəmlər təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxışında qeyd edib.
“Bu, dünyanın bütün komandalarının təxminən dörddə birini təşkil edən 48 komandanın iştirak etdiyi ilk Dünya Çempionatı olacaq. Üç ölkədəki 16 möhtəşəm stadionda 104 oyun keçiriləcək. Stadionlarda təxminən 7 milyon, teleekranlar qarsısında isə təxminən 6 milyard tamaşaçı olacaq. Oyunlara tamaşa edən amerikalılar üçün bu, bir ayda 104 Super Kuboka tamaşa etmək kimidir. Bilet satışınaın ilk mərhələsinə dörd həftə əvvəl başladıq və 500 milyondan çox müraciət aldıq. Dünya çempionatlarının 100 illik tarixində FIFA təxminən 50 milyon bilet satıb, lakin burada dörd həftə ərzində 1000 illik Dünya Çempionatı tarixinə bərabər müraciət aldıq. Bu, insanların orada olmaq, birlik nümayiş etdirmək istədiklərini göstərir", - deyə İnfantino bildirib.
Qeyd edək ki, 2026-cı il FIFA Dünya Çempionatı 11 iyun - 19 iyul tarixlərində üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top