ABŞ-nin vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək


ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevral ayında Azərbaycan və Ermənistana səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə səhifəsində məlumat verib.
“Vitse-prezident Vens sülh səylərimizi davam etdirmək və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsini təşviq etmək üçün fevral ayında hər iki ölkəyə səfər edəcək”, - Amerika lideri qeyd edib.
O, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Nikol Paşinyana 2025-ci ilin yayında imzaladıqları sülh müqaviləsinin şərtlərinə əməl etdiklərinə görə minnətdarlığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top