“Kızılcık Şərbəti”nin azərbaycanəsilli aktyoru serialdan çıxarıldı


Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialının baş rol ifaçısı azərbaycanəsilli Doğukan Güngör serialdan çıxarılıb. 
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, buna səbəb, İstanbul Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində aktyordan alınan test nəticəsinin müsbət çıxmağı olub.
“Son hadisələr və “Show TV” rəhbərliyinin verdiyi qərar səbəbindən 4 mövsüm boyu böyük həvəslə işlədiyim “Kızılcık Şerbeti” serialından uzaqlaşdırıldığımı yeni öyrəndim.
Bu həyatda hər kəs səhv edə bilər və mən də səhv etmişəm, amma indi bu səhvdən üz döndərdim və çox peşmanam. Hər kəsin ikinci şansa layiq olduğuna inanmayan bu qəddar insanları və qurumları səmimi və dürüst şəkildə vicdanlarına buraxıram və onları Allaha həvalə edirəm.
Lakin ictimaiyyətə açıq şəkildə bildirmək istəyirəm ki, mən dik dururam və təmiz bir həyat sürmək vədimə əməl edərək, tezliklə daha yaxşı layihələrdə sizinlə, pərəstişkarlarımla birlikdə olacağam.
Bu çətin günlərdə yanımda olan və sevgilərini əsirgəməyən bütün dostlarıma, əziz pərəstişkarlarıma və sevimli ailəmə təşəkkür etmək istəyirəm. Var olduğunuz üçün təşəkkür edirəm”, - Güngör açıqlamasında yazıb.

DİGƏR XƏBƏRLƏR

Top