Makronun eynəkləri istehsalçının saytını çökdürdü


Fransa Prezidenti Emmanuel Makronun Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı taxdığı günəş eynəkləri “Henry Jullien” veb saytında tələbatın artmasına səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Franceinfo” radiostansiyası məlumat yayıb.
Bildirilib ki, veb sayt həddindən artıq yüklənərək, çöküb.
“Biz ildə təxminən 1000 çərçivə istehsal edirik və bu modelin sayı 200 ilə məhdudlaşır”, - brendin satış meneceri Andrea Andri radiostansiyaya bildirib.
Xatırladaq ki, yanvarın 15-i Makron Fransanın cənubundakı İstres hava bazasında gözlərində problemlə çıxış edib. Növbəti gün prezident günəş eynəyi taxaraq Yelisey Sarayında keçirilən görüşə gəlib. Yelisey Sarayı Makronun gözündə kapilyar partladığını izah edib. Fransa lideri həmçinin bu günəş eynəyini Davosda keçirilən Dünya İqtisadi Forumuna da taxıb.

DİGƏR XƏBƏRLƏR

Top