“Mask böyük siyasətə qayıdır” − WSJ


“Milyarder İlon Mask böyük siyasətə qayıdır və 2026-cı il ABŞ ara seçkilərində Respublikaçıların kampaniyasını maliyyələşdirməyə hazırdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına görə, dünyanın ən varlı adamı artıq Respublikaçı Senat namizədinə 10 milyon dollar bağışlayıb və ABŞ Prezidenti Donald Trampla gərgin münasibətləri düzəlməyə başlayıb.
Qeyd olunur ki, son həftələrdə Maskın siyasi komandası rəqəmsal layihələr və mesajlaşma üzərində işləmək üçün potensial podratçılarla görüşlər keçirib.
Qəzetin məlumatına görə, Mask 2024-cü ildə Trampı və Respublikaçıları dəstəkləmək üçün təxminən 300 milyon dollar xərcləyərək ABŞ-nin ən böyük ictimai-siyasi donoruna çevrilib. Qəzetin məlumatına görə, hazırkı yaxınlaşma, Maskın administrasiya və Ağ Ev üzərində təsir kanalını saxlamasına, onun resurslarına və texniki infrastrukturuna çıxış əldə etməsinə imkan verən praqmatik ittifaq kimi qəbul edilir.

DİGƏR XƏBƏRLƏR

Top