
“Hücumçu Temmi Abraham Türkiyənin “Beşiktaş” klubundan İngiltərənin “Aston Villa” klubuna keçəcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
“Temmi Abraham “Aston Villa”ya qoşulur! Bir neçə gün əvvəl şəxsi müqaviləsinin şərtləri razılaşdırıldıqdan sonra “Beşiktaş”la şifahi razılaşma əldə edilib. 21 milyon avro və bonuslar. Müqavilədə Yasin Özcan da yer alacaq. “Aston Villa” nümayəndələri hazırda müqaviləni rəsmi olaraq tamamlamaq üçün Türkiyədədirlər”, - Romano yazıb.
Qeyd edək ki, 28 yaşlı Temmi Abraham əvvəllər “Aston Vill”da oynayıb və onun karyerasında “Çelsi”, “Milan” və “Roma” kimi klublar yer alıb.
Tətbiqimizi yükləyə bilərsiniz