
Ötən il Azərbaycan xarici ölkələrə 12 milyard dollardan çox dəyərində 23 milyon 381,3 min ton xam neft və xam neft məhsulları ixrac edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac edilən xam neftin 1 tonunun orta gömrük dəyəri təxminən 517 dollar olub.
Miqdar baxımından Azərbaycan xam nefti ən çox İtaliyaya ixrac edib. Belə ki, hesabat dövründə bu ölkəyə 13 milyon 111,5 min ton neft satılıb və bunun statistik dəyəri 6 milyard 727,7 milyon dollar olub. Xam neftin ən az ixrac edildiyi ölkə isə Gürcüstan olub – cəmi 3,8 min ton.
İtaliyadan sonra xam neftin əsas ixrac olunduğu ölkələr sırasında Çexiya (1,4 milyon ton), Xorvatiya (1,25 milyon ton), Rumıniya (1,12 milyon ton) və Almaniya (956 min ton) yer alıb.
Qiymət baxımından isə xam neftin 1 tonu ən baha İtaliyaya satılıb. Bu ölkəyə ixrac edilən neftin 1 tonunun orta statistik dəyəri 513 dollar olub. Ən ucuz satış isə Gürcüstana edilib – 1 ton xam neft təxminən 413 dollara satılıb.
Xarici ölkələrə satılan xam neftin miqdarı və statistik dəyəri belədir:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz