
Ötən ilin ilk 11 ayı ərzində Azərbaycana xarici ölkələrdən 70 min 190 ədəd arı idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan arıların 1 ədədinin orta gömrük dəyəri 4,9 dollar (8,3 manat) olub.
Müqayisə üçün qeyd edək ki, əvvəlki ilin eyni dövründə xaricdən 1 ədədi 4,4 dollardan (7,5 manat) 69 min 290 ədəd arı idxal edilib.
Məlumat üçün bildirək ki, arılar Azərbaycana 2 ölkədən – İsrail və Türkiyədən gətirilib. İsraildən 312 ədəd, Türkiyədən isə 69 min 878 ədəd arı alınıb. İsraildən idxal edilən 1 ədəd arının orta gömrük dəyəri 25,2 dollar (42,9 manat), Türkiyədən idxal olunan 1 ədəd arının orta gömrük dəyəri isə 4,8 dollar (8,2 manat) olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz