
ABŞ Prezidenti Donald Tramp Amerikanın ən böyük bankı olan “JPMorgan Chase” və onun baş direktoru Ceymi Daymona qarşı 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumdan sonra hesablarının bağlanması ilə bağlı 5 milyard dollarlıq iddia qaldırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fox Business” nəşri məlumat yayıb.
Məlumata görə, Tramp bankı hesablarını siyasi səbəblərə görə dondurmaqda ittiham edir.
İddia Florida məhkəməsində prezident və bir neçə şirkət adından qaldırılıb.
Prokurorluq bankın öz etik kodeksini pozduğunu iddia edir.
Qeyd edək ki, 6 yanvar 2021-ci ildə o vaxtkı prezident Trampın tərəfdarları 2020-ci ilin noyabr ayında keçirilən prezident seçkilərinin nəticələrinin təsdiq edilməsinin qarşısını almaq üçün Kapitoli binasına hücum ediblər. Binadakı iğtişaşlar zamanı polis bir etirazçını güllələyərək öldürüb. Toqquşmalarda Kapitolinin bir polis zabitinin də öldürüldüyü bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz